İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mərakeş "Sultanut-Tələbə Mükafatı" 3-cü Beynəlxalq Qurani-Kərim yarışlarında "youtube" sosial şəbəkəsindən istifadə edir.
Mərakeşin "Sultanut-Tələbə Mükafatı" 3-cü Beynəlxalq Qurani-Kərim yarışlarında dünyanən 19 ölkəsindən 400 nəfər iştirak edir. Yarışların ilkin mərhələsi qiyabi keçirildiyi üçün "youtube" vasitəsi ilə həyata keçirilir.
İştirakçılar Quran surələrindən birindən bir neçə ayəni tilavət edərək videosunu "youtube"də öncədən nəzərdə tutulmuş kanala yükləyirlər. Daha sonra həmin videonun "youtube" keçid linkini yarışların keçirilməsi komitəsinə göndərirlər.
Göndərilmiş Quran tilavətləri hakimlər heyəti tərəfindən dəyərləndiriləcək, sonrakı mərhələ üçün seçilmiş şəxslərin adları elan ediləcək. Sonrakı mərhələ cari ilin Aprel ayında Mərakeşin Təmarə şəhərində keçiriləcəkdir.
Bu yarışlar "Hacı Bəşir Təlim Müəssisəsi"nin təşəbbüsü, İbn Faris təlim və mədəniyyət mərkəzi və Mərakeş İslami Fondlar Nazirliyinin həmkarlığı ilə keçirilir.
Mərakeşin "Sultanut-Tələbə Beynəlxalq Təcvid Mükafatı Müəssisəsinin rəisi Əbdülfəttah Fürəysi deyib: Bu yarışların təkcə ilkin mərhələsində internetdən istifadə edilir. Yarışların final mərhələsi cari ilin Aprel ayının 27-də Mərakeşin Təmarə şəhərində yerləşən Hacı Bəşir Came Məscidində başlayacaq.